ERMƏNİLƏRİN 1918-Cİ İLDƏ NAXÇIVANDA TÖRƏTDİKLƏRİ SOYQIRIM – SƏNƏDLİ FİLM

Standard

  Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş. on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

______________________________________________________________________________________________________

Çap et/Print

Tarixini Unudan Xalq,Məhv olmağa məhkumdur…

Standard

 XIX əsrin əvvəlində Qacarlar monarxiyasının hakim olduğu İranla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında yeni müharibələr dövrü başlandı.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycanın dinc əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Araz çayında boyunca iki dövlət arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”). 

Rusiyada Birinci rus inqilabı (1905-1907), İranda isə 1905-1911-ci illər inqilabı dövründə Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini bərpa etmək, yeni dövrdə yeni demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı.
Birinci dünya müharibəsi dövründə Azərbaycan xalqı həm şimalda, həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün yenidən ayağa qalxdı.

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Cənubi Azərbaycanda müstəqil və demokratik Azadıstan dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı.

Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu daha bir kərə sübuta yetirdi.

Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi.

Kürəkçay müqaviləsi – 14 may 1805-ci il (Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi)

Gülüstan müqaviləsi – 12 oktyabr 1813-cü il (Şimali Azərbaycan xanlıqlarının (İrəvan və Naxçıvandan savayı) Rusiya imperiyasına birləşdirilməsi)

Türkmənçay müqaviləsi – 10 fevral 1828-ci il (Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin başa çatması – Azərbaycan torpaqlarının Araz çayı boyunca ikiyə bölünməsi)

*Güney Azərbaycanlı QANdaşımızla Söhbət*

Q: “Azərbaycan”-Bu kəlmə eşitdiyinizdə qəlbinizdən hansı hisslər keçir?
G: Həsrət: İnsanin anasina olduğu kimi bir həsrət…
Q: Bəs İranda Azərbaycan kəlməsi necə qarşılanır?
G: Bir neçə baxiş var bu kelimiyə, ki onlarin içində ikisi çox gözə batir
a) İran azeri turklerinin bu kelimə üçün canlarindan keçməsi
b) İran fars (aralarinda turkdə var) şovonistlərinin çox gorxduxlari və bu kelimənin məhv olmasin istəməkləri
Q: Güney Azərbaycanda,Azərbaycan dilində məktəblər,universitetlər fəaliyyət göstərir və yaxud Azərbaycan dilində xüsusi dərslər keçilir?
G: Yox belə bir işlərdən söz aparmaqi belə olmaz… Bir neçə dəfə bizim Təbrizdə belə bir kilaslar oldi, ama polis həm şagirdləri həm də müəlimləri… bölücü adi ilə tutukladilar….
Q: Quzey Azərbaycandan dostlarınız varmı?
G: Var.Çoxdu.
Q: Azərbaycan yeni-yeni müstəqil olan vaxtlarda belə bir söz yayılmışdı ki,güneylilər quzeyliləri sevmir.Birləşmək imkanı olsa belə güneylilər buna razı deyil.Bu düzdürmü?
G: Mən o zaman çox balaceydim… ona görə də dəgig bilmirəm… məncə bunun cəvabin Tiraxur takiminin oyunlarinda 100 min azarkeş tərəfindən diyilən sözlərdən anlamaq olar…. (Mən dünyani taniyn gündən… Güneylilər üçün güzey bir ana kimi olup)
Q: Quzeydə olmusunuzmu?
G: Qismət olmiyip
Q: Bildiyimiz kimi İranda insanların azadlığı məhdudlaşdırılıb.Təəssüf olsun ki, güneydə İranın tərkibində olduğu üçün bu qaydalara əməl etməlidir.Bəzi güneylilər deyir ki,bunu qəbul etmək istəmirik sadəcə məcburuq.Bəziləri isə deyir ki artıq qəbullanmışıq və bizim üçün adi halldır.Bəs həqiqət hansıdır?
G: İrandə olan bu məhdudiyətlər di ki İnsanlari istəklərindən üzaqlaşdirip… burda hər cür insan var… elə 2si də düzdi…
Q: Bildiyimiz kimi İranda ikinci dövlət dili erməni dilidir.30 milyon azərbaycanlının yaşadığı respublikada erməni dilinin ikinci dövlət dili olması nə dərəcədə məqsədə uyğundur?
G: Belə işlər bir iranda baş verə bilər…. Belə işləri görmək ilə istirlər Türkləri assimilyasiya etsinlər… Və ermənilərin öz dillərində məktəblərinin olmasi İranin ermenilər ilə rabitəlerinin yaxci olmasin gosterir.
Q: İranda Azərbaycan lobbisi öz sözünü deyə bilirmi?
G: Yox… belə bir lobbi yox hesabinda…
Q: İranda yüksək vəzifələrdə fəaliyyət göstərən Azərbaycanlılar varmı?Yoxsa burda da soydaşlarımız maneələrlə qarşılaşır?
G: onlarin ən böyükü Xameneyi dir ki oda turkler ilə düşmən olmasina görə oralara çatip..
Q: Quzey Azərbaycanın ictimai,siyasi,mədəni həyatı ilə maraqlanırsınızmı?
G: çox yaxindan…
Q: Quzey Azərbaycanlı bacı-qardaşlarınıza sözünüz.
G: Onlar bizim ümid gaynaqimiz dilar,… İstəklərimizə çatmaq üçün.

Ya Azad ol,Ya tamam yan Azərbaycan!!!

Bəli…Biz onların ümid qaynağıyıq.. İstəklərinə çatmaq üçün…Bəli biz…Ağlına Cənubi Azərbaycan gəlməyən biz…Başı 12 milyonu zibil kimi çölə atmağa,böyük bir heçlikdən ibarət olan şou-biznesin həyatını və olmayan yaradıcılığını müzakirə etməyə,əyləncələrə,və s. və s. qarışan biz.Bəli biz unutqanıq…Xahiş edirəm lazım deyil..Deməyin ki,yox bu delə deyil..Axı hamızı yaxşı bilirik..Şəhidlər xiyabanı ancaq 20 yanvar günü yad olunur,26 fevral şəhidləri ancaq bir gün ağlanır sabahısı gün isə göz yaşımızı silirik və yenə də mənasız və məsuliyyətsiz həyata davam…İndi yenə günahı dövlətdə axtaracaqsınız…”Biz neyniyə bilərik axı?” deyəcəksiniz…Siz Güneyi,Quzeyə birləşdirə bilməzsiniz…Amma onların vətən həsrətinə çarə ola bilərsiz…Azərbaycan dilində kitab axtarırlar güneylilərimiz əl-əl…Azərbaycan dilində danışdıqları kimi yox,qrammatik qaydalarla yazmaq istəyirlər onlar…Heç düşündükmü?..Kiçik bir toplum yaradıb qandaşlarımıza bacardığımızı etmək…Onlara bizdən çox şey istəmir..

“Əlinizi verin ey Bozqurdlar..İmkan verməyin unudaq dilimizi,bizə Azərbaycanımızın şəkillərini çəkin göndərin,tarixini yazın göndərin,bayrağımızı verin bizə…”

Biz sahib olduğumuz bu böyük xəzinənin dəyərini dərk etmirik…Şəxsiyyət vəziqəmizdə “Azərbaycan vətəndaşı”,dərsliyimizin üstündə “Azərbaycan dili”,masamızın üstündə “Azərbaycan bayrağı” olmağının nə qədər böyük bir xoşbəxtlik olduğunu anlamırıq..Adi yanaşırıq..Amma bunu gözünü açandan arzulayanlar var…Divarlara “Mən fars dilində təhsil almaq istəmirəm”,”Yox.Mənə fars deməyin,mən fars deyiləm.Mən Azərbaycan Türküyəm!” yazanlar var..

Bizsə ancaq vətəndən istəyirik..Durmadan tələb edirik…O sənə su verir,çörək verir,üzərində gəzdiyin torpaq verir,ömrün boyu verir verir verir…Sənsə hər zaman eqoistcəsinə tələb edirsən..Bəs özün ona nə vermisən?Heç nə…Bəs tələb etməyə,tənqid etməyə,narazı olmağa nə haqqın var?…

Dövlətimiz…Niyə cənubi Azərbaycan adı çəkilmir?Niyə Vətəndaşlarımıza dəstək verilmir..
Kimdən qorxuruq?İrandan?-Ərazisində 30 milyon Azərbaycanlı yaşayan İrandan?
Kimə inanırıq?Millətimizəmi? -Qarabağ kəlməsi hər gün səslənərkən günü-gündən Qarabağı da unudan millətimizəmi?
Nəyi gözləyirik?Zamanınımı?-Bir gün Azərbaycanlılarımızın Azərbaycan dilini unudub fars dilində danışdığı zamanımı?
Nə vaxt oyanacayıq?Heç vaxtmı?-Yuxu dərmanı verilib,Şirin laylalar oxunarkən başımızın üstündə oyanmağımızımı gözləyirik?

Nə istəyirik?Səbrmi?-Yox…Allah səbr verməsin…!!

Çap et/Print